İngiltərə Premyer Liqası və İngiltərə Futbol Liqasının (İFL) bayrağı altında keçirilən digər turnirlərdə (Çempionşip, Liqa 1, Liqa 2, qadınların Superliqası və gənclər arasında keçirilən çempionatlar) koronavirus pandemiyası səbəbindən ən azı 3 aprelə kimi dayandırılıb.
Fanat.Az xəbər verir ki, qərar İngiltərə Futbol Liqası İdarə Heyətinin iclasında yekdilliklə qəbul olunub.
İFL-in bəyanatında rəsmilər, futbolçular və azarkeşlərin sağlamlığının hər şeydən önəmli olduğu və tibb mütəxəssislərinin tövsiyələri əsasında qərara əlavələr edilə biləcəyi vurğulanıb.
Fanat.Az