21:47 14.03.2020 1691

Çempion "Liverpul" (?), 22 komandalı çempionat, ÇL bileti əlindən alınan "Lester" - Premyer Liqanın gələcəyi necə olacaq?

Koronavirus pandemiyası İngiltərə Premyer Liqasında da xaos vəziyyəti yaradıb. İndilik dəqiqləşən bir məsələ var: çempionat oyunları aprelin 4-nə kimi dayandırılıb. Premyer Liqada 2019-2020 mövsümü davam edəcəkmi? Mövsümün yarımçıq dayandırılması mümkündürmü? "Liverpul" çempion elan ediləcəkmi? Hansı komandalar Çempionşipə düşəcəklər? Cavabsız suallar isə çoxdu.

Fanat.Az xəbər verir ki, 19 martda Premyer Liqanın fövqəladə iclası keçiriləcək. İclasda mövsümün qalan hissəsi ilə bağlı qərar qəbul ediləcək.

Qərar ərəfəsində kulislərdə söz-söhbətlər səngimək bilmir. "The Athletic"in əldə etdiyi informasiyaya görə, PL-də çıxış edən klublardan 18-i mövsüm iyul ayına qədər uzansa belə, davam etməyin tərəfdarıdılar. İki klub isə cari mövsümün ləğv olunmasını istəyir. Jurnalist Yuen Makkennanın iddiasına görə, söhbət "Tottenhem" və "Vest Hem"dən gedir.

Mövsüm dayandırılacağı təqdirdə Premyer Liqa klublarının əksəriyyəti "Liverpul"u çempion kimi tanımağa hazırdı. İPL-in rəhbər şəxslərindən biri bu barədə "Telegraph"a məlumat ötürüb. Mersisayd klubu son 30 il ərzində ilk dəfə İngiltərə çempionluğunu bayram etməyə yaxındı. "Qırmızılar"ı çempionluqdan cəmi iki qələbə ayrırır.

Amma mövsümün yarımçıq dayandırılması və turnir cədvəlinin hazırkı vəziyyəti əsasında qərarların qəbul edilməsi, şübhəsiz ki, avrokuboklara vəsiqə və ya Çempionşipə düşməmək uğrunda mübarizə aparan klublar arasında narazılığa səbəb olacaq. Hazırda Premyer Liqanın son üç sırasında "Bornmut", "Aston Villa" və "Norviç Siti" qərarlaşıb. Sözügedən klubların birbaşa Çempionşipə göndərilməsi nə dərəcə düzgün olar? "Telegraph" suallara cavab tapmağa çalışıb. Nəşrin təklifinə görə, cari PL mövsümü yarımçıq dayandırılsa belə, klublardan heç biri Çempionşipə düşməməli, ikinci divizionun lideri "Lids Yunayted" və ikincisi "Vest Bromviç" isə yeni mövsümdən Premyer Liqada çıxış etməlidilər. Belə olan halda, İPL-də 2020-2021 mövsümü 22 komanda ilə oynanıla bilər.

"Telegraph" növbəti mövsümün sonunda üç əvəzinə, beş klubun Çempionşipə düşməsi və 2021-2022 mövsümünün yenidən 20 komanda ilə oynanılması variantını məqsədəuyğun hesab edir. Hər halda, bu, klubların əksəriyyətini razı sala bilər.

Bəs yeni mövsümdə İngiltərəni Çempionlar Liqasında hansı klublar təmsil edəcək? "Telegraph" bu sualla bağlı da öz variantını təqdim edib. Nəşr 2018-19 mövsümünün yekunlarına əsasən, ÇL-də iştirak haqqı əldə edən klubların - "Liverpul", "Mançester Siti" (İdman Arbitraj Məhkəməsi "şəhərlilər"in apellyasiya şikayətini təmin edəcəyi təqdirdə - Fanat.Az), "Tottenhem" və "Çelsi"nin birbaşa Avropanın ən mötəbər klub turnirinə vəsiqə qazanmasını, hazırda üçüncü pillədə qərarlaşan "Lester"in isə pley-off oynamasını təklif edib. 

Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X