"Liverpul”un yayda yola salmağa hazırlaşdığı futbolçuların adları bəlli olub.
Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi müdafiəçilər Nataniel Klayn, Deyan Lovren, həmçinin yarımmüdafiəçilər Adam Lallana və Cerdan Şakiri ilə yolları ayırmağa qərar verib. Sözügedən oyunçuların səviyyəsinin komandaya uyğun gəlmədiyini düşünən klub idarəçiləri onların satışa çıxarılmasını məqsədəuyğun sayıb.
Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni dayandıran "Liverpul” İngiltərə Premyer Liqasında 82 xalla liderdi.
Fanat.Az