Portuqaliya millisinin və "Yuventus”un superulduzu Kriştianu Ronaldunun koronavirusla bağlı atdığı xeyirxah addım yalan çıxıb.
Fanat.Az xəbər verir ki, Avropanın və dünyanın bir çox idman saytları "Marka”ya istinadən Ronaldunun Portuqaliyadakı otellərinin xəstəxana kimi istifadə ediləcəyini yazsa da, nüfuzlu İspaniya nəşri elektron versiyasında yaydığı həmin xəbəri silib.
Maraqlıdı ki, xəbərin silinmə səbəbi haqda da heç bir məlumat verilməyib.
Fanat.Az