"Qremio" (Gremio) futbolçuları bazar günü ştat çempionatı çərçivəsində "San-Luiz"lə (Sao Luiz) oynanılan matça qoruyucu maska ilə çıxıblar.
Fanat.Az xəbər verir ki, oyunçular bu yolla koronavirus (coronavirus) pandemiyasının yayılmasına rəğmən çempionatı təxirə salmayan Braziliya Futbol Federasiyasının rəhbərliyinə etiraz ediblər.
Baş məşqçi Renato Portaluppi qeyd edib: "Bütün dünyada idman yarışları dayandırılıb. Bəs Braziliyada futbol oyunları niyə davam edir? Bu yolla mesaj vermək istədik. Ümid edirik ki, bizə qulaq asacaqlar".
Oyun "Qremio"nun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün Braziliya Futbol Federasiyası çempionatların dayandırıldığını bəyan edib.
Fanat.Az