İngiltərə Premyer Liqasında (Premier League) mövsümün sonu ilə bağlı ediləcək dəyişiklikləri təsdiqləmək üçün çempionatda iştirak edən klubların əksəriyyətinin razılığı tələb olunacaq.
Fanat.Az "Evening Standard"a istinadən xəbər verir ki, komandaların böyük hissəsi mövsümün nəticələrinin ləğvinin tərəfdarıdılar. Alternativlər sırasında cari nəticələrlə mövsümü bitirmək və pley-off sistemindən istifadə etmək variantları da var.
Qərarın qəbul edilməsi üçün 20 klubdan minimum 14-nün səsi tələb olunacaq
İngiltərədə Premyer Liqa, Çempionşip (Championship), Liqa 1 (League One) və Liqa 2 (League Two) oyunları koronavirus (coronavirus) pandemiyasının yayılması səbəbindən aprelin 4-nə kimi dayandırılıb.
29 turdan sonra PL-in lideri olan "Liverpul" (Liverpool) ən yaxın rəqibi "Mançester Siti"ni (Manchester City) 25 xal qabaqlayır. "Mersisaydlılar"ın çempion olmaq üçün cəmi iki qələbəyə ehtiyacı var.
Fanat.Az