Hazırda vətəni Portuqaliyada olan "Yuventus”un superulduzu Kriştianu Ronaldunun fotoları yayılıb.
Fanat.Az xəbər verir ki, sosial şəbəkələrdə futbolçunun Madeyradakı evinin kənarından çəkilən şəkillər paylaşılıb. Fotoların kim tərəfindən və nə vaxt çəkildiyi barədə məlumat yoxdu.
Qeyd edək ki, xəstə anasını ziyarət etmək üçün Portuqaliyaya gedən Ronaldu komanda yoldaşı Daniele Ruqanidə koronavirus aşkarlanandan sonra İtaliyaya qayıtmaqdan imtina edib. Hücumçu hazırda ailəsi ilə birgə karantindədi.
Fanat.Az