Bədii gimnastika millimiz İtaliyanı belə dəstəklədi - VİDEO
Bədii gimnastika üzrə Azərbaycan millisi koronavirus pandemiyasının əsas ocaqlarından olan İtaliyaya dəstək nümayiş etdirib.
Fanat.Az xəbər verir ki, yığmamızın üzvləri xüsusi videoçarx hazırlayıb və İtaliyaya səslənib:
"Dünyadakı durum heç də yaxşı deyil. Hamımız narahatıq, amma bir-birimizə qarşı mehribanlıq və diqqət fonunda bunun öhdəsindən gələcəyimizə əminik. Qlobal pandemiya ilə mübarizədə İtaliyanı və italiyalı gimnastları dəstəkləyirik. Biz sizinləyik! Sizə təhlükəsizlik və sağlamlıq diləyirik. Hər şey yaxşı olacaq. Bir nəfər hamı, hamı bir nəfər üçün”.