"Valensiya”da vəziyyət daha da ağırlaşır.
Fanat.Az xəbər verir ki, komandanın 35 faizi koronavirusa yoluxub.
İnformasiyanı klubun rəsmi saytı yayıb. Məlumatda Çempionlar Liqasının 1/8 final mərhələsində "Atalanta” ilə matçdan sonra oyunçu və işçilərdən götürülən koronavirus testinin müsbət çıxdığı vurğulanıb.
Dana öncə "Valensiya”nın müdafiəçiləri Esekiel Qaray və Elyakim Manqalanın koronavirusa yoluxduğu üzə çıxmışdı. Eləcə də daha 3 nəfərin pandemiyadan qaça bilmədiyi bildirilmiş, ancaq adları ictimaiyyətə açıqlanmamışdı.
Qeyd edək ki, İspaniyada indiyədək koronavirusa 9.191 nəfər yoluxub, 309 nəfər isə dünyasını dəyişib.
Fanat.Az