"Yuventus"un hücumçusu Kriştianu Ronaldunun (Cristiano Ronaldo) sevgilisi Jorjina Rodriqes (Georgina Rodriguez) karantin qaydalarını pozaraq alış-verişə yollanıb.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Jorjinanın şəkli alış-verişə çıxan başqa bir qadın tərəfindən çəkilib. Bu, Kriştianu Ronaldunun fanatlarının narazılığına səbəb olub. Onlar Jorjinanın 35 yaşlı futbolçunun səhhətinə ciddi yanaşmadığını bildiriblər.
Qeyd edək ki, Ronaldu və Jorjina Portuqaliyada karantində saxlanılırlar.
Fanat.Az