"Qalatasaray"ın qapıçısı Fernando Muslera Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemirin Superliqanın dayandırılmayacağı ilə bağlı açıqlamasına etiraz edib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin uruqvaylı kapitanı Türkiyə prezidenti Recep Tayyip Erdoğanın koronavirusla bağlı yeni qərarları açıqladığı toplantıda aralarında bir oturacaq boşluq olan millət vəkillərinin şəklini paylaşaraq belə yazıb:
"Həqiqətən üzgünəm. Rəqiblərimizə qarşı belə müdafiə olunacağıq?"
Fanat.Az