19:06 21.03.2020 1525

AAAF etirazçı-idmançıları qınadı - RƏSMİ

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) ağırlıqqaldırma üzrə yığma komandanın bəzi üzvlərinin etirazlarına münasibət bildirib. 
 
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiyanın rəsmi mövqeyi belədi:
 
"Onların təlim-məşq toplanışları, qidalanma, geyim və başqa bu kimi məqamlar barədə dediklərinin müzakirəsi belə absurddur, çünki atletlərə bu baxımdan normalara uyğun şərait yaradılıb. O ki qaldı maaşlar məsələsinə, idmançılar məvaciblərinin uzun müddətdir verilməməsini qeyd edir, bunda federasiyanı günahlandırırlar". 
 
AAAF dünyanın heç bir yerində federasiyanın idmançıya maaş vermədiyini vurğulayıb:
 
"İdmançılar arasında dünya, Avropa çempionatları və Olimpiya Oyunlarında qazandıqları nəticələrə görə Milli Olimpiya Komitəsinin təyin etdiyi maaşı alanlar da var. Federasiyanın işi toplanışlar vasitəsilə yığma komandanın hazırlığını təşkil edərək beynəlxalq yarışlarda yüksək səviyyədə iştirakını təmin etməkdir. Maaş isə klubların üzərindədir, idmançılar özlərinin məxsus olduqları klub, cəmiyyət, bədən tərbiyəsi və idman təşkilatlarından məvacib almalıdırlar. Yəni bir sözlə, gecikmə federasiyadan yox, klubdandır. Ancaq bu məsələ də şişirdilib. İdmançılar yanvar ayının maaşlarını alıblar. Onlara ödənilməli olan fevral ayının maaşı isə martda verilməli idi. Məlum olduğu kimi, ölkədə xüsusi rejim tətbiq olunduğundan bütün idman yarışları, ümumilikdə peşəkar idman fəaliyyəti dayandırılıb. Bu səbəbdən klublar da fəaliyyətlərini müvəqqəti olaraq dayandırmalı, dondurmalı olurlar. Eyni hal da ağır atletlərdə baş verib. Onların klubdakı maaşlarında 10 günlük gecikmə olub və son görüş zamanı bundan sonra məvaciblərinin necə ödəniləcəyi barədə məsələyə bayramlardan sonra qayıdılıb müzakirə ediləcəyi elan edilib. Onlar da bunu yanlış anlayıb ictimaiyyətə də yanlış məlumat veriblər. Bu, xoşagəlməz haldır və məsələnin bu qədər şişirdilməsi, rezonans doğurmasına cəhd edilməsi heç də yaxşı deyil, idmanın, bilavasitə ağır atletikanın inkişafına mane olan, zərbə vuran məqamdır”.
 
Qeyd edək ki, Azərbaycan millisinin üzvləri müxtəlif sosial şəbəkələr vasitəsilə maaşlarını ala bilmədikləri üçün etiraz ediblər. 
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
09:00

MPL: "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X