"Tottenhem"in baş məşqçisi Joze Mourinyo koronavirusla mübarizəyə dəstək verib.
Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, ulduz çalışdırıcı yaşlı insanlara kömək üçün yaradılmış xeyriyyə təşkilatına qoşulub. Portuqaliyalı işlədiyi ölkədə yaşayan insanlara lazımi əşyaları çatdırıb.
Qeyd edək ki, İngiltərədə 5741 nəfər koronavirusa yoluxub, 282 nəfər isə pandemiyanın qurbanı olub.
Fanat.Az