Kişi basketbolçular arasında keçirilən VTB Birlik Liqasında cari mövsümün nəticələrinin ləğv edilməsi qərara alınıb.
Fanat.Az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq VTB Birlik Liqasında mövsümə yarımçıq yekun vurulub və cari nəticələr ləğv edilib. Bu barədə məlumatı çempionatın baş direktoru İlona Korstin təsdiqləyib.
Mövsümün qalibi müəyyənləşməyəcək. 19 oyun keçirən və cəmi 1 dəfə məğlub olan "Ximki" çempionatın lideri idi.
VTB Birlik Liqasının əsası 2008-ci ildə qoyulub. Çempionatda əksəriyyəti Rusiya klubları olmaqla, Şimali və Şərqi Avropa ölkələrini təmsil edən kollektivlər çıxış edir.
Fanat.Az