"Yuventus”un hücumçusu Kriştianu Ronaldu özünə "Bugatti Centodieci” markalı yeni avtomobil sifariş edib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduzun sözügedən maşın üçün 9,5 milyon avro xərclədiyi iddia olunur. Ronaldu məhdud sayda - cəmi 10 ədəd istehsal olunan avtomobilə 2021-ci ildə sahib olacaq.
Bu maşının maksimal sürəti saatda 380 km-di. "Bugatti Centodieci” 2 saniyədə 100 km/s sürət yığa bilir.
Qeyd edək ki, Ronaldunun qarajında artıq "Bugatti"nin iki modeli var: "Veyron" və "Chiron". "Centodieci" isə eyni kampaniyaya məxsus 3-cü avtomobil olacaq.
Fanat.Az