"NBA Together" proqramı çərçivəsində liqa rəhbərliyi koronavirusa yoluxmuş və sağalmış oyunçulardan, o cümlədən işçilərdən digər xəstələrin müalicəsi üçün qanlarını bağışlamalarını xahiş edib.
ABŞ-da koronavirusa qalib gələn insanlardan plazma götürülməsi prosesinə start verilib. Plazmanın tərkibində COVID-19-a qarşı antikorlar var. Xəstələrin orqanizminin virusdan daha tez təmizlənməsi üçün onlara donor plazma köçürülür. Fanat.Az xəbər verir ki, son olaraq NBA da prosesə qoşulub.
Bu günə kimi üç NBA oyunçusu - Rudi Qober, Donovan Mitçell və Kristian Vud koronavirusdan tam sağalıb.
Fanat.Az