"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özilin qız övladı dünyaya gəlib.
Fanat.Az xəbər verir ki, Özil tvitter hesabı vasitəsilə bu barədə məlumat yayıb:
"Şükür, qızımız Əda sağlam şəkildə dünyaya gəldi. Biz, ətrafı və bütün insanlıq üçün xeyirli övlad olmasını arzulayıram. Amin".
Mesut Özil 2019-cu ilin iyun ayında Türkiyə gözəli Əminə Gülşə ilə ailə həyatı qurub.
Fanat.Az