Sabiq UFC döyüşçüsü Ben Askren UFC 249-da Toni Ferqyusonla döyüşdə Həbib Nurməhəmmədovu Konor Makqreqorun əvəzləyəcəyinə dair məlumat yayıb.
Fanat.Az xəbər verir ki, Askren tvitter hesabında yazıb:
"Artıq hər şey razılaşdırılıb. Aprelin 18-də Konor müvəqqəti titul uğrunda Ferqyusonla döyüşəcək".
Qeyd edək ki, Həbib Nurməhəmmədov koronavirus pandemiyası səbəbindən Toni Ferqyusonla döyüşdən imtina edib.
Fanat.Az