Səhmlərini beynəlxalq birjalara qoyan Avropa klubları koronavirus pandemiyası ilə əlaqədar yaranan böhran vəziyyətində problem yaşayırlar.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, sözügedən klublardan "Yuventus"un səhmləri mart ayında 21,16% düşüb. "Qoca Sinyora"nın oyunçuların maaşlarının azaldılması ilə bağlı qərarının mənfi təsirləri qismən aradan qaldıracağı gözlənilir.
Dortmund "Borussiya"sının səhmlərinin dəyərində 36,76% azalma olub. Bənzər problemlə "Mançester Yunayted" də üzləşib. "Qırmızı şeytanlar"ın səhmləri mart ayında 11,06% düşüb.
Fanat.Az