İspaniyanın "Marca" nəşri tarixin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün oxucuları arasında sorğu keçirib.
Fanat.Az xəbər verir ki, mini-turnirin finalında "Yuventus"un hücumçusu Kriştianu Ronaldu və "Barselona"nın forvardı Lionel Messi üz-üzə gəlib. Portuqaliyalı futbolçu 246 min səs toplayaraq argentinalı rəqibini (209 min səs) qabaqlayıb və qalib olub.
Finala gedən yolda Ronaldu Paolo Maldini, Zinəddin Zidan və Dieqo Maradonanı üstələyib. Messi isə Ferents Puşkaş, Alfredo Di Stefano və Ronaldodan güclü olub.
Fanat.Az