Belçika çempionatı koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılır.
Fanat.Az HLN-ə istinadən xəbər verir ki, belə olan halda, turnir cədvəlinin lideri "Brügge" çempion elan ediləcək və UEFA-nın rəsmi təsdiqindən sonra Çempionlar Liqasında birbaşa iştirak etmək şansı əldə edəcək. İkinci pillənin sahibi "Gent" ÇL-ə təsnifat mərhələsindən qoşulacaq.
"Şarlerua" və "Antverpen" klublarının Avropa Liqasının qrup mərhələsində, "Standard"ın isə sözügedən turnirin təsnifat etapında oynayacağı bildirilir.
Liqa rəhbərliyi bu yöndə tövsiyələrini irəli sürüb. Qərarın ümumi assambleyada təsdiqlənəcəyi gözlənilir.
Belçika Kuboku və ikinci divizionun gələcəyi ilə bağlı qərar qəbul etmək üçün xüsusi işçi qrupu toplanacaq.
Qeyd edək ki, 29 turdan sonra aktivində 70 xal olan "Brügge" Belçika çempionatında turnir cədvəlinə başçılıq edir. İkinci "Gent" liderdən 15 xal geri qalır.
Fanat.Az