Dünyanı bürüyən koronavirus pandemiyasına baxmayaraq futbol üzrə Belarus çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, avstraliyalı futbol fanatları sürpriz addımla diqqət çəkib.
Belə ki, ingilisdilli tərəfdarlar "Facebook”da sözügedən ölkənin elitasında çıxış edən "Slutsk”un azarkeş səhifəsini yaradıb. Ən qısa müddətdə səhifənin üzvlərinin sayı 2 mini keçib.
İngilisdilli fanatların məhz bu komandanın ətrafında toplaşmasının səbəbi isə eyni adlı şəhərin təmsilçisinin adıyla bağlıdı. İngiliscə "slut” yüngül əxlaqlı qadın anlamına gəldiyindən, vaxtını şən keçirməyi sevən, əhlikef avstraliyalılar "Slutsk”u seçib.
Qeyd edək ki, 2 oyuna 3 xal yığan "Slutsk” turnir cədvəlində 6-cı pillədədi. Adının hesabına xarici tərəfdarlar qazanan ortabab hazırda daha məşhur Belarus klublarını – BATE və Minsk "Dinamo”sunu qabaqlayır.
Fanat.Az