Son iki həftə ərzində karantində olan "Şalke" oyunçuları məşqləri bərpa ediblər.
Fanat.Az "Bleacher Report"a istinadən xəbər verir ki, komanda Qelzenkihendəki bazada toplaşıb və təmassız məşqlərə başlayıb. Oyunçular lazımi məsafəni qorumaq şərti ilə cütlərə bölünüblər.
Almaniya Bundesliqası koronavirus pandemiyası səbəbindən ən azı 30 aprelə kimi dayandırılıb.
Fanat.Az