"Barselona" ötən il PSJ-nin hücumçusu Neymarın "Real"a keçməsinə mane olub.
Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona" rəhbərliyi 2020-ci ilin yayında transferini həll edəcəklərinə dair Neymara söz verib. Beləcə, forvard Madrid təmsilçisinə keçməkdən imtina edib.
Neymar ötən yay PSJ-dən ayrılmaq və karyerasını yenidən "Barsa"da davam etdirmək istəyirdi. Lakin "blauqrana" transferi Paris klubu ilə razılaşdıra bilməmişdi. "Transfer pəncərəsi"nin sonlarına doğru isə "Real" 28 yaşlı oyunçuya görə PSJ-yə təklif göndərmişdi. Neymar bu variant barədə ciddi şəkildə düşündüyü ərəfədə "Barselona" tərəfi məsələyə müdaxilə edib və verilən söz hesabına keçidin qarşısı alınıb.
"Barselona" prezidenti Jozep Bartomeunun koronavirus pandemiyası səbəbindən ortaya çıxan böhran vəziyyətində Neymarın transferini aşağı qiymətə həll etmək niyyətində olduğu bildirilir.
Fanat.Az