Premyer Liqada mövsüm koronavirus pandemiyası səbəbindən ləğv olunacağı təqdirdə ingilis klubları nə qədər itirəcəklər? "Daily Mail" nəşri klubların potensial teleyayım, reklam və oyun günü gəlirləri əsasında bu suala cavab tapmağa çalışıb.
Fanat.Az xəbər verir ki, ən böyük itkiyə "Mançester Yunayted" (116,4 milyon funt) məruz qalacaq. Təxmini itkilər baxımından "Mançester Siti" (109,3 milyon) ikinci, "Liverpul" (102,6 milyon) isə üçüncüdü.
İngilis klublarının potensial maliyyə itkilərinə görə sıralaması, "ilk altılıq":
1. "Mançester Yunayted" - 116,4 milyon funt (teleyayım - 48 milyon, oyun günü - 17,6 milyon, reklam - 50,8 milyon)
2. "Mançester Siti" - 109,3 milyon (53,5 milyon; 13,9 milyon; 41,7 milyon)
3. "Liverpul" - 102,6 milyon (55,2 milyon; 13,6 milyon; 33,8 milyon)
4. "Çelsi" - 91 milyon (49,3 milyon; 10,9 milyon; 30,9 milyon)
5. "Tottenhem" - 83 milyon (41,9 milyon; 16,8 milyon; 24,3 milyon)
6. "Arsenal" - 74,8 milyon (40 milyon; 15,4 milyon; 19,4 milyon)
Fanat.Az