Paraqvayda saxta pasport gəzdirdikləri üçün həbs olunan Ronaldinyo və qardaşı Roberto Assisin cəzası yüngülləşdirilib.
Fanat.Az xəbər verir ki, barələrində 6 aylıq həbs qərarı çıxarılan qardaşlar dəmir barmaqlıqlar arasından azad edilib.
Onlar cəzanın qalan hissəsini ev dustaqlığında keçirəcəklər. Buna görə superveteran 1,6 milyon dollarlıq girov qoyub. Asunsyon şəhərindəki bir otel braziliyalıların cəza müddətini tamamlayacağı məkan olacaq.
Xatırladaq ki, Ronaldinyo və qardaşı martın 5-də həbs edilmişdi.
Fanat.Az