Brest "Dinamo”su Belarus Kubokunun yarımfinalının ilk oyununda maraqlı addımla diqqət çəkib.
Fanat.Az xəbər verir ki, Soliqorsk "Şaxtyor”u ilə dünən baş tutan görüşdə (meydan sahibləri 2:0 hesabıyla qalib gəlib) tribunaların birinə üzlərinə sifarişçilərin şəkilləri yapışdırılmış manekenlər yerləşdirilib.
Klub tarixində ilk dəfə virtual bilet satışından gəlir götürüb.
"Dinamo”nun mətbuat xidməti bu yolla qazanılan pulun bir hissəsinin koronavirusla mübarizəyə yönəldiləcəyini açıqlayıb.
Fanat.Az