"Sky Sports" statistiki göstəricilər əsasında İngiltərə Premyer Liqasında mövsümün rəmzi komandasını hazırlayıb.
Fanat.Az xəbər verir ki, nəşr futbolçuların fərdi reytinqini "Power Rankings" sisteminə görə dəyərləndirib. Burada təkcə qollar və məhsuldar ötürmələr yox, bloklanmış zərbələr, top uzaqlaşdırmalar və digər parametrlər də nəzərə alınıb. Məsələn, vurulan hər qol, qazanılmış qələbə oyunçunun reytinqinə xal əlavə edir, top itkisi və qaçırılan penalti isə azalmaya səbəb olur. Bu metod sayəsində mövqelər üzrə ən yaxşıları müəyyənləşdirmək mümkün olub.
"Sky Sports"a görə, PL-də mövsümün rəmzi komandası: Kasper Şmeyhel ("Lester"), Trent-Aleksandr Arnold, Vircil van Deyk, Endryu Robertson (hamısı "Liverpul"), Ceyms Tarkovski ("Börnli"), Kevin De Bröyne ("Mançester Siti"), Ceyms Meddison ("Lester"), Cek Qriliş ("Aston Villa"), Sadio Mane, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Raul Himenes ("Vulverhempton").
Fanat.Az