"Zenit”in və Rusiya millisinin sabiq forvardı Andrey Arşavin kuryerlik edib.
Fanat.Az xəbər verir ki, "Zenit”in 65 yaşdan yuxarı azarkeşlərinə ərzaq daşıyan ulduz veteran koronavirus pandemiyası dönəmində kluba bağlılığını nümayiş etdirib.
Peterburq təmsilçisinin rəsmi "twitter” səhifəsində video və fotolar yerləşdirilib və belə yazılıb:
"Bu gün yaşı 65-i ötmüş azarkeşlərimiz və əhalinin az hərəkətli qisminə havayı ərzaq çatdırdıq. Kuryerimizin adı Andreydi. Hərarətini ölçdük, maska, dezinfeksiya vasitələri və əlcək verdik”.
London "Arsenal”ında sərgilədiyi çıxışla (2009-2013) məşhurlaşan Şava ləqəbli eks futbolçu şəkilləri öz "instagram” hesabında da paylaşıb.
Fanat.Az