İngiltərə "Arsenal”ının koronavirusa yoluxan baş məşqçisi Mikel Arteta tam sağalıb.
Fanat.Az xəbər verir ki, bunu gənc mütəxəssis BBC-yə açıqlamasında deyib:
"Hazırda tam sağalmışam. Özümü yaxşı hiss edirəm. Ancaq ailəm, qohumlarım, tanıdığım bir çox insan virusla mübarizə aparır".
Həyat yoldaşına və daha bir nəfəri yoluxdurduğunu deyən 38 yaşlı çalışdırıcı artıq onların da xəstəliyi yendiyini vurğulayıb.
Fanat.Az