Kişi basketbolçuların 2021-ci ildə keçirilməli olan Avropa çempionatı 2022-ci ilə təxirə salınıb.
Fanat.Az FIBA-nın saytına istinadən xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarının tarixinin dəyişdirilməsi səbəbindən bu yöndə qərar qəbul olunub.
Avropa çempionatı 2022-ci il, 1-18 sentyabr tarixləri aralığında keçiriləcək. 2021-ci ilə planlaşdırılan və daha sonra təxirə salınan Amerika Kuboku da eyni günlərə təsadüf edəcək.
Kişilərin Olimpiya təsnifat turniri 2021-ci il, 22 iyun - 4 iyul tarixlərinə nəzərdə tutulub. Dünya çempionatının seçmə mərhələsi isə 2022-ci ilin avqustunda keçiriləcək.
Fanat.Az