NBA-nın sabiq basketbolçusu Eddi Conson xəstəlikdən dünyasını dəyişib
Fanat.Az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, 61 yaşlı veteran idmançı Florida ştatında saxlanıldığı həbsxanada vəfat edib.
Qeyd edək ki, amerikalı idmançı 2008-ci ildə 8 yaşlı qıza təcavüz ittihamı ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məruz qalıb.
Qeyd edək ki, Eddi Conson karyerası ərzində ölkəsində "Kanzas-Siti Kinqz" ("Sakramento Kinqz"), "Finiks Sanz", "Sietl Supersoniks", "Şarlott Hornets", "İndiana Peysers", "Hyuston Rokets" və Yunanıstanda "Olimpiakos" klublarının formasını geyinib.
Fanat.Az