Beynəlxalq Çempionlar Kubokunun ləğv olunması klubların maliyyə itkilərinə səbəb olub.
Bu il turnir "El Klasiko"ya şahidlik edəcəkdi. "Real" və "Barselona" Las-Veqasda üz-üzə gəlməli idilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, BÇK-nın ləğv olunması nəticəsində "kral klubu" və "katalonlar" hərəyə 18 milyon avro gəlirdən məhrum olacaqlar.
Beynəlxalq Çempionlar Kuboku 2013-cü ildən bəri aparıcı klubların iştirakı ilə yay aylarında keçirilən yoldaşlıq turniridi.
Qeyd edək ki, turnir koronavirus pandemiyası səbəbindən baş tutmayacaq.
Fanat.Az