15:44 11.04.2020 1099

UEFA: Azərbaycan futbol azarkeşlərinin üzünə təbəssüm gətirdi - VİDEO

Bu gün koronavirus pandemiyası (COVID-19) dünyanın, demək olar, bütün ölkələrində yayılıb. Məhz bu səbəbdən Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində əhalinin sağlamlığı, həmçinin sözügedən virusun yayılmasının qarşısının alınması məqsədi ilə sosial özünütəcrid qaydaları tətbiq edilir. COVID-19 insan sağlamlığı üçün real təhlükə olmaqla yanaşı, gətirdiyi məhdudiyyətlərlə başda iqtisadiyyat olmaqla dünyada bir çox sahəyə ciddi ziyan vurub.

"Report"un məlumatına görə, koronavirus pandemiyasının ziyan vurduğu sahələr arasında idman da yer alır. Artıq 2020-ci ildə təşkilinə milyonlarla pul xərclənmiş bir çox nüfuzlu idman turnirləri ya təxirə salınıb, ya da, ümumiyyətlə, ləğv olunub. Hər il bir mərhələsi Bakıda təşkil olunan Formula 1, həmçinin 4 oyunu paytaxtımızda keçirilməsi nəzərdə tutulan AÇ-2020 təxirə salınan yarışlar sırasındadır.

Futbol idman növləri arasında ən çox ziyan görən sahələrdəndir desək, yəqin ki, yanılmarıq. Yuxarıda qeyd etdiyimiz kimi 4 oyunun paytaxtımızda keçirilməsi nəzərdə tutulan futbol üzrə Avropa çempionatı gələn ilə keçirilib. Hər il milyonlarla futbol azarkeşinin yaxından izlədiyi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqası, həmçinin Avropa Liqası kimi yarışlar da qeyri-müəyyən tarixə ertələnib.
 


Dünya futbolsevərlərinin sevimli idman növündən ayrı qaldığı bir zamanda, UEFA rəsmi veb səhifəsində üzvü olan ölkələrdə koronavirus pandemiyası ilə mübarizə ilə bağlı yazı paylaşıb. "Avropa futbolu COVID-19 virusuna qarşı birləşdi” başlıqlı yazıda ölkəmizə də yer verilib.

Belə ki, Avropanın ali futbol qurumu yazının Azərbaycana həsr olunmuş hissəsində Peşəkar Futbol Liqasının rəsmi "Instagram” səhifəsindəki paylaşımdan, həmçinin Azərbaycan Premyer Liqa təmsilçisi "Sabah” Futbol Klubunun Koronavirusla Mübarizə Fonduna yardımı və çəkdiyi dəstək videosundan bəhs edib:


"Azərbaycan Peşəkar Futbol Liqası evdə qalan futbolsevərlərin və onların ailələrinin əhval-ruhiyyəsini qaldırmaq üçün "Instagram” səhifəsində yerli çempionatın oyunlarından əyləncəli fotolar paylaşıb.

"Sabah” FK-nın oyunçuları, məşqçilər heyəti və işçiləri isə Koronavirusla Mübarizə Milli Fonduna dəstək üçün öz aralarında 25 000 avrodan çox pul yığıblar. Sözügedən klub COVID-19 xəstələrini müalicə etmək üçün gecə-gündüz çalışan həkim və tibb bacılarına dəstək xarakterli video da hazırlayıblar”.

Bu gün bütün dünya koronavirus pandemiyasına qarşı birləşib. Ölkəmizdə də bu virusla mübarizə ən yüksək səviyyədə davam edir. Bu cür məqamda futbol klubunun Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat dəyərində yardım etməsi təqdirəlayiq haldır. Bu hadisənin UEFA-nın rəsmi səhifəsində yer alması isə ölkə futbolu adına qürurvericidir.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2025
23:53

"Milan"a yazığım gəlir" - Nelson Dida

23:30

Yüksək Liqa: Mərkəzi oyun FİFA referilərinə tapşırıldı

23:01

İspaniya nəhəngi Leauya elçi düşdü

22:49

"Prezident mənə yazaraq bildirdi ki..." - Flik açıqladı

22:14

"Barselona" Fortla bağlı qərarını verdi

21:50

"Milan"ın yeni idman direktoru bilindi

21:20

"Məncə, Rusiya Braziliyanı məğlub edər" - Daniel Karvalyo

20:48

Yüksək Liqanın debütantı braziliyalı legionerlə gücləndi

20:16

Simone İnzaqi illik 20 milyon avro maaşdan imtina etdi

19:51

"Mümkünsüz heç nə yoxdur" - Holand "Barselona"da?

19:10

II Liqa: "Füzuli" Region Liqasına düşdü, "Lerik" pley-off oynayacaq

18:50

"Bəzi çəkilərdə rəqiblərlə müqayisədə zəifik" - Həsrət Məmmədyarov

18:14

İsrail millisinin futbolçusu 31 yaşında vəfat etdi

17:50

Azərbaycan cüdoçuları AÇ-yə Yılmazın rəhbərliyi altında hazırlaşırlar

17:33

"Ayntraxt" klubunu dəyişmək istəyən hücumçusuna elə qiymət qoydu ki...

17:15

Finalda yeganə qolu vuran futbolçu İngiltərə nəhənginə keçir - MƏBLƏĞ

16:58

Macarıstan millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlandı

16:40

"Olimpiakos" Fransa millisində 4 matça çıxan futbolçunu heyətinə qatdı - RƏSMİ

16:22

Dünya və Avropa çempionu karyerasını bitirdi - RƏSMİ

16:03

"Milan"ı titulsuz qoyan klub yeni transferini açıqladı

15:45

Azərbaycanlı futbolçu Rusiyada yenə turun rəmzi yığmasına seçildi

15:27

Laporta "Barselona"nın illik qazancını açıqladı - Fantastik məbləğ

15:09

Fernandu Santuş millimizin heyətini cümə günü açıqlayacaq

14:51

Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirildi

14:33

Onana AL-in finalından öncə belə danışdı

14:15

İspaniya millisinin sabiq oyunçusu karyerasını bitirməyə qərar verdi

13:56

Kasilyas hakimləri "Real"ı "sıxmaq"da suçladı: "Bunun XXI əsrdə baş verməsi..."

13:38

Brahim Konate klubunu dəyişdi: "Şamaxı"dan...

13:21

Lamin Yamal yeni mövsüm üçün nömrə seçimini etdi

13:03

Klopp "Roma"da? - Agenti açıqladı

12:45

"Bir klub mənə yaxınlaşmışdı, dərhal prezidentə məlumat verdim" - Mourinyudan etiraf

12:26

"O, Mbappedən 20 qol az vursa da, ümumilikdə daha çox fayda verir"

12:08

Frimponqun bir ayağı İngiltərə nəhəngində - Tibbi müayinədən keçdi

11:50

Bundesliqa klubunun qapıçısı milli karyerasını başa vurdu

11:31

“Heydər Əliyev Kuboku-2025”: Yarımfinalçılar bəlli oldu

11:13

AFFA rəsmisi FIFA-nın seminarına qatıldı

10:51

Türkiyə çempionu Polşa millisinin üzvü ilə danışıqlara başladı

10:32

Azərbaycan millisinin rəqibləri bilindi

10:24

İnzaqi ÇL-in finalından sonra "İnter"dən ayrılacaq - İddia

10:05

Rəşad Sadıqovdan maraqlı və ustad paylaşımı - VİDEO/FOTO

Facebookdan bizi izləməyi unutmayın.
X