"Portu”nun meksikalı hücumçusu Xesus Korona Avropanın daha güclü çempionatlarını təmsil edən 6 klubun maraq dairəsinə düşüb.
Fanat.Az "A Bola”ya istinadən xəbər verir ki, 27 yaşlı hücumçu A Seriyası klublarından Milan "İnter”i ilə"Roma”nın, La Liqadan "Valensiya” ilə "Sevilya”nın, İngiltərə Premyer Liqasından "Everton” və "Vest Hem”in hədəfindədi.
Adları sadalanan klublar koronavirus pandemiyası üzündən yaranan durğunluq aradan qaldırılandan sonra Korona uğrunda mübarizəyə qoşulacaq.
"Portu” Xesusu 50 milyon avroya satmağa hazırdı. Portuqaliya klubunun məbləğ məsələsində güzəşt etməyə hazırlaşmadığı da dəqiqdi.
"Tvente”dən 10,5 milyon avroya alınan Koronanın Portuqaliya təmsilçisi ilə olan müqaviləsinin müddəti 2022-ci ildə başa çatacaq. O, bu mövsüm çıxdığı 24 çempionat matçında 2 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az