Artıq bir müddətdi ki, idmançılar da koronavirus pandemiyası ilə mübarizəyə qoşulublar.
Fanat.Az "Bleacher Report"a istinadən xəbər verir ki, onların sırasında "Nyukasl"ın yarımmüdafiəçisi Mettyu Lonqstaff da var. 20 yaşlı futbolçunun həftəlik maaşı cəmi 850 funt təşkil edir. Bununla belə, o, məvacibinin 30%-ni COVID-19-la mübarizə məqsədi ilə yaradılmış xeyriyyə fonduna bağışlamaq qərarına gəlib.
Mettyu ilk dəfə ötən yay "Nyukasl"ın əsas komandasının heyətində debüt edib.
Fanat.Az