"Qalatasaray"ın baş məşqçisi Fatih Terim koronavirusdan tam sağalıb.
Fanat.Az xəbər verir ki, bu barədə 67 yaşlı mütəxəssis özü məlumat verib.
Onun məşqçinin sözlərinə görə, testdən sonra onda infeksiyanın simptomları aşkar olunmayıb. Terim bildirib ki, virusun plazmafarez metodu ilə müalicəsi üçün donor olmağa hazırdır: "Dəyərli həkimlərimiz kriteriyalara uyğun olduğumu desələr, qan verməyə hazıram. Bu yolla bir neçə insanın həyatını qurtararam. Bu isə məni xoşbəxt edər".
Təcrübəli mütəxəssis insanları virusa qeyri-ciddi yanaşmamağa çağırıb: "Bəlkə də, bundan sonra heç nə əvvəlki kimi olmayacaq. Canımızdan başqa, hər şeyin yerini doldurmaq mümkündür. Ona görə də özünüzə, sevdiklərinə yaxşı baxın. "Mənə heç nə olmaz" deməyin. Bütün xəbərdarlıqları ciddiyə alın".
Qeyd edək ki, Terim ötən ay koronavirusa yoluxmuşdu.
Fanat.Az