Bafetimbi Qomis "Qalatasaray"a qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.
Bildirilir ki, "Əl-Hilal" seneqallı futbolçuya yeni müqavilə təklif edib. Amma Qomis anlaşmanı qəbul etməyib və "Qalatasaray"a dönmək istədiyini bildirib.
Qeyd edək ki, Qomis 2017/18 mövsümündə "Qalatasaray"da keçirdiyi 40 oyunda 32 qol vurub və 6 məhsuldar ötürmə edib. İstanbul klubu onu 2018-ci ildə 6 milyon avroya "Əl-Hilal"a satıb. 34 yaşlı forvard bu mövsüm 28 oyuna meydana çıxaraq 19 qola imza atıb və 4 qol ötürməsi verib.
Fanat.Az