İngiltərə millisi və "Lids Yunayted"in keçmiş futbolçusu Norman Hanter 76 yaşında koronavirusdan dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, "Lids Yunayted" bu barədə məlumat yayıb:
"Ötən həftə Normanın koronavirusa yoluxduğu məlum olmuş və o, xəstəxanaya yerləşdirilmişdi. Mübarizə aparmasına və Milli Səhiyyə Xidmətinin bütün cəhdlərinə baxmayaraq, bu gün səhər Norman həyata gözlərini yumub.
Norman "Lids Yunayted"in tarixində böyük iz buraxıb. Onun irsi həmişə yaşayacaq. Normanın ailəsinə və dostlarına başsağlığı veririk".
Hanter 1966-cı ildə keçirilən dünya çempionatının qalibi idi. O, 14 il formasını tərlətdiyi Lids"in heyətində isə iki dəfə İngiltərə çempionluğunu bayram etmişdi.
Fanat.Az