Getdikcə cinah müdafiəçilərinin dünya futbolundakı önəmi artır.
Artıq cinah müdafiəçiləri oyunun əsas fiqurlarından biri hesab olunurlar. Yəqin ki, Braziliya millisinin əvəzolunmazları - Roberto Karlos və Kafunun "cinah bombalamaları"nı unutmamısınız. Mərkəzdən cinahlara çəkilən və dərində gözləyən Lukas Ernandes və Benjamen Pavarın Fransanın dünya çempionluğundakı rolu da yaxşı xatirinizdədi...
Normal olaraq saf sol cinah müdafiəçilərinin sayı sağ cinah müdafiəçilərindən daha azdı. Məsələnin solaxayların sayındakı azlıqla birbaşa əlaqəsi var. Amma bu, müdafiənin sol cinahında istedadların olmadığı anlamına gəlməməlidi. "FourFourTwo" onları unutmayıb. Jurnal ən yaxşı 10 sol cinah müdafiəçisini sıralayıb. Fanat.Az xəbər verir ki, "Barselona"nın oyunçusu Jordi Alba birinci sırada qərarlaşıb. Endryu Robertson ("Liverpul") yalnız ispan həmkarından geri qalır. "İlk üçlüy"ü isə Aleks Sandro ("Yuventus") qapayır:
1. Jordi Alba ("Barselona")
2. Endryu Robertson ("Liverpul")
3. Aleks Sandro ("Yuventus")
4. Ferlan Mendi ("Real")
5. Marselo ("Real")
6. David Alaba ("Bavariya")
7. Xuan Bernat (PSJ)
8. Rafael Qerreyro (Dortmund "Borussiya"sı)
9. Ben Çiluell ("Lester")
10. Alfonso Deyvis ("Bavariya")
Fanat.Az