"Barselona" radikal dəyişikliklər astanasındadı.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Belə ki, Kataloniya klubu futbolçularının çoxunu satışa çıxarmaq niyyətindədi.
Mənbəyə inansaq, klub idarəçiləri Lionel Messi, Mark Andre-ter Stegen və Frenki de Yonq istisna olmaqla, bütün futbolçuları satmaq və heyəti yenidən qurmaq istəyir.
ESPN "Barsa" rəhbərliyinin bu yolla həm maliyyə itkilərini sığortalamağı hədəflədiyini, həm də daha güclü və uzunmüddətli kollektiv yaratmağa can atdığını qabardıb.
Fanat.Az