Cari mövsüm bitməyib, amma UEFA artıq yeni mövsümün planlarını çizir.
Fanat.Az İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsi 20 oktyabrda, Avropa Liqası isə 22 oktyabrda start götürə bilər. UEFA avrokubokların sözügedən tarixlərdə başlamasını planlaşdırır.
ÇL və AL-in təsnifat mərhələlərinin iyul ayının sonları və ya avqustun əvvəllərində oynanılacağı gözlənilir. Lakin bu barədə yekun qərar daxili çempionatların bitmə tarixlərindən birbaşa asılı olacaq.
Fanat.Az