"Roma”nın futbolçuları və məşqçiləri indiki mövsümün sonuna qədər əməkhaqqı almayacaq.
Fanat.Az İtaliya klubunun saytına istinadən xəbər verir ki, camiə bu yolla maliyyə itkisini sığortalayacaq.
"Canavarlar”ın futbolçu və məşqçi heyəti həm də koronavirus pandemiyası üzündən məzuniyyətə göndərilən digər əməkdaşların məvacibinin artırılması üçün bu addımı atıb.
Yarımçıq dayandırılan A Seriyasının geridə qalan 26 turunda 45 xal yığan "Roma” 5-ci pillədədi.
Fanat.Az