"Mançester Siti” Peru klubu "Alyansa Lima”nın 16 yaşlı sağ cinah müdafiəçisi Klyuvert Aqiları transfer edir.
Fanat.Az xəbər verir ki, tərəflər artıq razılığa gəlib. Futbolçu 2021-ci ilin 5 may tarixində - 18 yaşı tamam olanda İngiltərə təmsilçisinin futbolçusuna çevriləcək. Həmin vaxta qədər isə indiki komandasında top qovmağa davam edəcək. Peru təmsilçisi Aqiların gələcəkdəki satışından faiz alacaq.
Artıq futbolçu "şəhərlilər”lə anlaşma haqda açıqlama da verib: "Siti”yə keçmək böyük addımdı. Şadam ki, oyunuma diqqət yetiriblər. Bu, möhtəşəm oyunçulara malik klubdu. Əsas hədəfim komandanın vacib oyunçularından birinə çevrilmək olacaq”.
Fanat.Az