"Tottenhem"in vingeri Son Hın Min Cənubi Koreyada 3 həftəlik məcburi hərbi xidmətə başlayıb.
Fanat.Az "Guardian"a istinadən xəbər verir ki, Son vətən qarşısındakı borcunu Çedjudo adasındakı dəniz donanmasında yerinə yetirəcək. Cənubi Koreya qanunlarına görə, 28 yaşına çatmış hər kəs hərbi xidmətini tamamlamalıdı.
Koronavirusla əlaqədar yaranan fasilədən istifadə etmək qərarına gələn "Tottenhem" Sonun ölkəsinə qayıtmasına icazə verib. 27 yaşlı futbolçu hərbi xidmətə yollanmamışdan əvvəl iki həftə karantində saxlanılıb.
Qeyd edək ki, Son millinin heyətində 2018-ci il Asiya Oyunlarının qalibi olduğu üçün 21 aylıq hərbi xidmətdən azad edilmişdi.
Fanat.Az