"Çikaqo Bullz”un əfsanəvi basketbolçusu Maykl Cordanın imzalı maykası 216 min dollara satılıb.
Fanat.Az xəbər verir ki, bu haqda "Clutch Points” məlumat yayıb. Maykanın auksiondakı ilkin qiyməti 25 min dollar olub.
Cordan həmin geyimi 1992-ci ildə - ABŞ millisi Olimpiya oyunlarında iştirak edəndə daşıyıb .
"Arzuların komandası” ləqəbi alan ABŞ yığmasının həmin yarışın qızıl medallarına sahib çıxdığını da xatırladaq.
Fanat.Az