Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2021-ci il sonuna qədər bütün beynəlxalq turnirləri ləğv etməyi UEFA-ya tövsiyə edib.
Fanat.Az "Placar" jurnalına istinadən xəbər verir ki, tövsiyə aprelin 16-da UEFA və Avropanın aparıcı klubları arasında keçirilən videokonfrans zamanı səsləndirilib. ÜST məsələni iki epidemioloqun təqdimatı ilə əsaslandırmağa çalışıb. Mütəxəssislərə görə, 2021-ci ildə koronavirusun yeni "dalğa"sının başlama riski var. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı turnirlərin ləğvini düzgün qərar hesab edir.
Müzakirə zamanı tərəflərin konsensusa gəlmədiyi bildirilir. ÜST-ün UEFA-ya və təqvimə təsir etmək hüququ yoxdu. Buna görə Avropanın ali futbol qurumunun tövsiyəyə əməl etməsi tələb olunmur.
Fanat.Az