Niderlandın baş naziri Mark Rutte ölkədəki bütün kütləvi tədbirlərin sentyabrın 1-dək ləğv olunacağını bildirib.
Fanat.Az "Voetbal International"a istinadən xəbər verir ki, bura futbol matçları da daxildi. Belə olan halda, Erediviziyanın bərpa edilməsi mümkünsüz görünür.
Niderland Futbol İttifaqı (KNVB) hazırkı vəziyyətdə çempionatın dayandırılmasından başqa seçim görmür. KNVB UEFA ilə məsləhətləşdikdən sonra məsələ ilə bağlı yekun qərarını açıqlayacaq. Cümə günü klubların və digər maraqlı tərəflərin toplantısı keçirilməlidi.
Daha əvvəl Niderland çempionatının iyun ayının ortalarında bərpa ediləcəyi və oyunların azarkeşlərsiz keçiriləcəyi bildirilmişdi.
Fanat.Az