Koronavirus pandemiyası səbəbindən dayandırılan futbol mövsümü ilə bağlı müzakirələr davam edir.
Fanat.Az xəbər verir ki, UEFA klubların idman prinsiplərinə uyğun olaraq avrokuboklarda iştirakını dəstəkləyir. Jurnalist Martin Tsiqler bu barədə məlumat yayıb.
Hazırda çempionatların ləğvi də ehtimal daxilindədi. Belə olacağı təqdirdə, UEFA-nın İcraiyyə Komitəsi idman prinsiplərinin əsas tutulmasını və komandaların mövcud xalları əsasında avrokuboklarda iştirakını qərarlaşdırıb.
Fanat.Az