Koronavirus pandemiyasına görə Niderlend çempionatında mövsüm ləğv olunub.
Fanat.Az xəbər verir ki, məlumatı Eredeviziyanın rəsmi saytı yayıb.
Məlumatda çempion elan olunmayacağı və elitanı heç bir komandanın tərk etməyəcəyi vurğulanıb. Yeni mövsümdə isə hazırkı 18 klub mübarizəyə başlayacaq.
Avrokuboklara vəsiqələrin sahibləri turnir cədvəlindəki hazırkı sıralamaya əsasən müəyyənləşəcək.
Lider "Ayaks” Çempionlar Liqasının pley-off mərhələsində, 2-ci olan "AZ Alkmar” ikinci təsnifat mərhələsində, 3-cü pillədə qərarlaşan "Feyenoord” Avroliqanın qrup mərhələsində, PSV və "Villem II” isə (4-5-ci yerlər) ikinci təsnifat mərhələsində iştirak edəcək.
Bundan başqa, Hollandiya kubokunun "Utrext” - "Feyenoord" finalı da baş tutmayacaq.
Qeyd edək ki, Niderland Erediviziyası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.
Fanat.Az